Primorsk diyarının Dalnereçensk şəhərində avqustun 6-na keçən gecə bənd uçub.
BUTA.TV xəbər verir ki, bu barədə bölgənin Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Tələfat yoxdur, su axını hələ də zəifdir. Xilasedicilər hadisə yerinə gedib, fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır”, - məlumatda deyilir.
Qeyd edək ki, Dalnereçenskdəki bəndin uçması son iki həftədə dördüncü belə hadisədir. İyulun 26-da Çelyabinsk vilayətinin Qarabaş şəhər rayonunda Kialimskoye su anbarında bənd uçub. İyulun 29-da Kareliyanın Segeja rayonunda Ağ dəniz-Baltik kanalında bənd uçub, nəticədə bir nəfər ölüb. Avqustun 4-də Buryatiyada daşqınlar nəticəsində Xonxoloy bəndi partlayıb və su bir neçə körpünü aparıb.
- Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı
- Məktəbə hücum edən tələbənin anası həbs edildi
- Pərvin Quliyevaya yüksək vəzifə verildi
- Prokurorluq Gəncə İH-də araşdırma aparır
- Dəhşətli qəzada ölən qadın müəllim imiş - Foto
- Azərbaycanda bu ailələrə "uşaqpulu" verilir
- Latviya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
- Metroda qatarların hərəkətində ləngimələr oldu - Foto