Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir.
Elm və Təhsil Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, Türkiyə-Azərbaycan Universiteti 2024-2024-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu elan edir. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək qeyd olunan ixtisasları seçə bilərlər.
Tədris ingilis dilində və Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq. Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.
- Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı
- Məktəbə hücum edən tələbənin anası həbs edildi
- Pərvin Quliyevaya yüksək vəzifə verildi
- Prokurorluq Gəncə İH-də araşdırma aparır
- Dəhşətli qəzada ölən qadın müəllim imiş - Foto
- Azərbaycanda bu ailələrə "uşaqpulu" verilir
- Latviya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
- Metroda qatarların hərəkətində ləngimələr oldu - Foto