İranın İsrailə yeni hücumu əvvəlkindən qat-qat güclü ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının istefada olan polkovnik-leytenantı Mark Babot deyib.
"İranın hücumu İsrailin son nəticədə Tehranın nüvə proqramını məhv etməsi və bütün dünyanı normallaşmaya gətirməsi üçün səbəb ola bilər. Biz bunu son raket zərbəsində (çox güman ki, Haniyənin vurulması nəzərdə tutulur - red.) gördük", - o bildirib.
Babot xatırladıb ki, İran apreldə üç yüzdən çox müxtəlif PUA və raket buraxmışdı, indi bu, 1,5 minə qədər arta bilər:
"ABŞ-ın həm Qırmızı dənizdə, həm də Aralıq dənizində donanmalarını gücləndirmələrinə baxmayaraq, İsrail tam döyüş hazırlığındadır".
- Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı
- Məktəbə hücum edən tələbənin anası həbs edildi
- Pərvin Quliyevaya yüksək vəzifə verildi
- Prokurorluq Gəncə İH-də araşdırma aparır
- Dəhşətli qəzada ölən qadın müəllim imiş - Foto
- Azərbaycanda bu ailələrə "uşaqpulu" verilir
- Latviya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
- Metroda qatarların hərəkətində ləngimələr oldu - Foto