Kürdəxanıda “Ləhiş bağları” adlanan ərazidə unikal hadisə baş verib.
“BUTA.TV”nun məlumatına görə, evdən işə gedən vətəndaş qayıdanda darvazasının dəyişdirildiyini görüb. Ev sahibi Tural Məhərrəmovun sözlərinə görə, bu ev ona babasından miras qalıb. Hər yay ailəsi ilə birgə həmin evdə yaşayıb. Elə bu yay da həmin proses aidiyyəti üzrə təkrarlanıb. Amma bu dəfə fərqli ssenari yaşanıb.
Belə ki, ev sahibi iddia edir ki, onlar evə gələndə qapıya “Bağın sahibi”nin adından nömrə yazılıb yapışdırılıb. Həmin nömrə ilə əlaqə saxlayıb və izah edib ki, bu ona babasından qalma evdir.
Elə hər şey də bundan sonra başlayıb. T.Məhərrəmov işdən gələndə görüb ki, evin giriş qapısı yerindən çıxarılıb yenisi ilə əvəzlənib. Onun sözlərinə görə, evə “əl qoymaq” istəyənlər özlərini əmlakçı kimi təqdim edən fırıldaqçılardır.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin verdiyi açıqlamada qeyd olunub ki, vətəndaşın müraciəti ilə bağlı araşdırmalara başlanılıb.
Ətraflı: “Real TV”nin reportajında:
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi
- Dünənki hadisəyə görə Vüsal Aslanov onları cəzalandırdı
- Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər vəsait qoyulub?