Osmanlı İmperiyası hər zaman bir çox insanın diqqətini çəkib. Burada xüsusilə sultanların şəxsi həyatı daha çox maraq doğurur.
Kult.az sizə Osmanlı sultanlarının bilinməyən tərəflərini təqdim edir:
Yüzdən çox qalaya hökmdarlıq edən Orxan Qazi vaxtının çox hissəsini bu qalaların ətrafında dolaşmaqla keçirirdi. Bir səyyahın dediyinə görə, o, heç bir şəhərdə bir aydan çox qalmayıb.
Dövrünün ən dəbli geyinən adamlarından olan Qanuni Süleyman xarici görünüşünə çox önəm verirdi. Onun daş-qaşlara marağı həddindən artıq çox idi.
Fateh Sultan Mehmetin ən böyük həvəsi kartoqrafiya idi. Yeməklərini tək yeməyi xoşlayırdı. Tək yeməyi sevən sultan bu adəti saraya ilk gətirən şəxs kimi də tanınır.
Musiqidən və şeirdən xüsusi zövq alan II Murad sənətçilərə xüsusi önəm verirdi. Ovçuluğa olan marağı ilə yanaşı, tam kitab "qurdu" idi. O, şəxsi kitabxanası olduğunu bildiyimiz ilk Osmanlı sultanıdır.
Pul çapı ilə çox maraqlanan III Mustafa əsl pul qazanan adam idi. Bəxtə çox inanan sultan astrologiya ilə də maraqlanırdı.
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi
- Dünənki hadisəyə görə Vüsal Aslanov onları cəzalandırdı
- Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər vəsait qoyulub?