Binəqədi rayonunda iyul ayında keçirilən əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən odlu silah-sursatların aşkarlanması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. İyul ayı ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən altı kiloqramdan artıq müxtəlif növ narkotik maddə və psixotrop maddələr çıxarılıb. Aşkar olunan faktlarla bağlı idarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Həmçinin, ötən ay vətəndaşlarla aparılan profilaktik tədbirlərin nəticəsi olaraq altı odlu silah, o cümlədən dörd "Kalaşnikov" avtomatı, iki "Makarov" tapançası və 43 ədəd patron polis əməkdaşlarına təhvil verilib.
- Mirələm Cəlalov vəzifəsindən azad edildi
- Metro yenidən bağlanıb? - Rəsmi
- Vüsal Aslanov xəsarət alan sərnişinləri ziyarət etdi
- Xəzər dənizində zəlzələ oldu
- Kürdə suyun səviyyəsi artır: Proses nə vaxta kimi davam edəcək?
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib