"Sabah"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.
BUTA.TV xəbər verir ki, təmsilçimiz bu mərhələdə İrlandiyanın "Sent-Patriks Atletik" klubu ilə üz-üzə gələcək.
Dublin təmsilçisi ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi Lixtenşteynin "Vaduz" klubu ilə bugünkü cavab matçında heç-heçə edib - 2:2. Bununla da komanda iki oyunun nəticəsinə görə 3-cü mərhələyə adlayıb.
Qeyd edək ki, "Sabah" 3-cü təsnifat mərhələsində ilk oyununu avqustun 8-də səfərdə, cavab matçını isə ayın 15-də evdə keçirəcək.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı