Avqustun 1-də saat 04:30 radələrində paytaxtın Xətai rayonunda mopedlə “Hunday” markalı avtomobilin toqquşması nəticəsində ölüm hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən moped oğurluqlarına qarşı keçirilən tədbirlər çərçivəsində dövlət qeydiyyat nişanı olmayan, təhlükəli manevrlər edən mopedə “saxla” işarəsi verilib. “Saxla” işarəsinə məhəl qoymayan moped sürücüsü hərəkətini davam etdirərək “Hunday” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində mopedin sürücüsü paytaxt sakini N.Mirzəyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı