Ukraynanın müttəfiqlərindən aldığı F-16 hərbi təyyarələrinə qarşı Rusiyanın qırıcıları və raket sistemləri var.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Aleksey Jivov deyib.
“F-16-larla mübarizə aparmaq üçün bizdə S-300, S-400, S-500 raket sistemləri, o cümlədən Su-30 və Su-35 qırıcıları var ki, onlar əsasən Sevastopol və Krımda yerləşdirilib.
Başa düşməliyik ki, düşmən də bizim ov edəcəyimizi çox gözəl anlayır. Təbii ki, onlar Ukraynanın qərb sərhədində və NATO ilə sərhədə yaxın hərbi aerodromlarda gizlədiləcəklər. F-16-ların yerləşə biləcəyi Ukrayna aerodromlarına birbaşa atəşlər artıq davamlı olaraq həyata keçirilir, biz onların hərbi infrastrukturunu məhv edirik. Polşa və NATO-ya zərbələrə gəlincə, bu, mürəkkəb məsələdir”, - Jivov bildirib.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı