Avqustun 9-dan ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq.
BUTA.TV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, proses avqustun 19-na kimi davam edəcək: "Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq".
V.Misirov qeyd edib ki, gələn həftə "Abituriyent 4" jurnalı çap olunacaq: "Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq".
DİM rəsmisi əlavə edib ki, builki keçid ballarında dəyişiklik gözlənilir: "Lakin hansı qruplar üzrə dəyişiklik olacağı ixtisas seçimindən sonra dəqiq bilinəcək".
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı