Partladılma üsulu ilə binaların sökülməsi, rekonstruksiya olunması son dövrlər digər ölkələrdə, xüsusilə Avropada dəb halına gəlib. Burada əsas məsələ partladılma üsulu ilə binaların sökülməsinin daha ucuz başa gəlməsidir, həmçinin vaxta qənaətdir.
Bu sözləri BUTA.TV-a Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, kulturoloq Faiq İsmayılov deyib.
Onun sözlərinə görə, həm evlərin yaxın tikilişi, həm də əhalinin sıxlığı Bakıda bu üsuldan istifadəni mümkünsüz hala gətirib:
“Xüsusən indi sökülən məhəllələr daha çox binaların əhatəsində olur. Partlatma üsulu ilə burada söküntü işləri aparmaq digər binalara zərər verə bilər. Ya zədələyə, ya da digər binaların da uçmasına yol açar. Bunun üçün əhali təxliyə olunmalı, digər binaların zərər görməməsinə təminat verilməlidir. Bunu etmək isə mümkünsüzdür. Bu baxımdan Bakıdakı sökülmə işlərinin partlayışsız aparılması daha məqsədəuyğundur”.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək