21:51
Gəncə şəhərində çaydan naməlum qadın meyiti tapılıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncəçay çayında meyiti aşkarlanan gənc qızın kimliyi məlum olub.
Məlumat görə, çayda boğularaq ölən şəxs Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü F.Əmiraslanovadır.
Qadının Gəncə şəhərində dilənçilik etdiyi, iki gün öncə yağan güclü yağışlar nəticəsində Gəncəçay çayında suyun səviyyəsinin artması nəticəsində çaya düşərək boğulduğu ehtimal edilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov məlumatı təsdiq edib. Onun sözlərinə görə, iyul ayının 30-da saat 18:00 radələrində Gəncə çayının şəhərin mərkəzindən keçən hissəsindən qadın meyitinin olması barədə polisə məlumat daxil olub.
Polis əməldaşları əraziyə gələrək müvafiq araşdırmalar həyata keçirilib. İlkin baxış zamanı üzərində zorakılıq izləri aşkarlanmayan meyitin Yevlax şəhər sakini 2007-ci il təvəllüdlü F. Əmraslanova olması müəyyən edilib. Meyit müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək