Əməkdar artist Firuzə İbadova evini satıb.
BUTA.TV xəbər verir ki, bu haqda müğənni "Həftənin qonağı" proqramında deyib. İfaçı bir ildən çoxdur kirayədə yaşadığını söyləyib:
"1 il 2 aydır kirayədə qalıram. Pandemiyada evimi satdım. İpotekada idi, hər şey dayandı, ödəyə bilmədim. Xoşluqla şirkətə gəldim, dedim pulunuzu çıxın, mənim haqqımı verin. Düşündüm gedib ona uyğun ev alaram. Amma pandemiya uzandı, anam dünyasını dəyişdi. Anama 60 gün yas verdim. Bahalı evdə qalıram, amma 500 manat alırlar. Çətinliklə ödəyirəm. Toya çox getmirəm".
Qızı Hülyadan söz açan F.İbadova bildirib ki, övladı həyat yoldaşından ayrılıb və onunla yaşayır:
Qızım Kanadada yaşayırdı. Orada yaşaya bilmədi, qayıtdı Bakıya, amma həyat yoldaşı gəlmədi. Zinət əşyalarım var idi, satıb müəyyən xərclərimizi ödəyirik. Nəvəmin atası onun oxumağına kömək edir. Mən də pensiya və fəxri ada görə təqaüd alıram. Belə dolanırıq. Hər gün toya getdim, amma qazanmadım".
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək