6 nömrəli məktəb şagirdlərinin “Son zəng” günü avtoxuliqanlıq hərəkətlərini əks etdirən və sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı deputat Cavanşir Paşazadə ötən gün Bakupost.az-a açıqlama vermişdi. O, görüntülərdəki 10 UH 700 Audi Q8 markalı avtomobilin ona aid olduğu haqda məlumatları təkzib etmişdi.
BUTA.TV xəbər verir ki, Cavanşir Paşazadə bildirib:
“Həmin videonu görməmişəm, nə də bu xəbəri eşitmişəm. Mənim qohumum kimdir, bilmirəm. Nə belə uşağım, nə qohumum var. Heç kimim yoxdur. Həqiqətən, kişi kimi deyirəm ki, nə bu xəbəri oxumuşam, nə də məlumatım var. Mənim 10 UH 700 nömrəli maşınım yoxdur”.
Meydan TV həmin nömrənin Paşazadə Hümmət Cavanşir oğluna məxsus olduğunu sübut edən sənədi əldə edib.
Həmin fotonu təqdim edirik:
Xatırladaq ki, 6 nömrəli məktəbin şagirdlərinin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Lüks avtomobilləri idarə edən şagirdlərin məmur övladları olduğu iddia olunur. Videoda həmin avtomobillərin nömrə və markaları qeyd olunmaqla kimə, hansı məmura aid olduğu da açıqlanıb.
Onlar arasında Milli Məclisin deputatı Cavanşir Paşazadəyə məxsus olduğu deyilən 10 UH 700 Audi Q8 markalı maşın da vardı. Qeyd olunurdu ki, bu markalı yeni avtomobilin qiyməti 70-80 min dollar arasındadır.
Qeyd edək ki, yayılmış videogörüntülərlə bağlı DYPİ məlumat yayıb. Bildirilib ki, Səbail rayonunda məktəblərdən birinin məzunlarının idarə etdiyi müxtəlif markalı 14 avtomobil müəyyən olunaraq müvəqqəti mühafizə olunan duracağa təmin olunub.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı