Ötən gün 6 nömrəli məktəbin şagirdlərinin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Lüks avtomobilləri idarə edən şagirdlərin məmur övladları olduğu iddia olunur. Videoda həmin avtomobillərin nömrə və markaları qeyd olunmaqla kimə, hansı məmura aid olduğu da açıqlanıb.
BUTA.TV bakupost.az-a istinadla xəbər verir ki, onlar arasında Milli Məclisin deputatı Cavanşir Paşazadəyə məxsus olduğu deyilən 10 UH 700 Audi Q8 markalı maşın da var.
Bu markalı yeni avtomobilin qiyməti 70-80 min dollar arasındadır.
Məsələ ilə bağlı danışan C.Paşazadə yayılan məlumatlardan xəbərsiz olduğunu deyib.
“Həmin videonu görməmişəm, nə də bu xəbəri eşitmişəm. Mənim qohumum kimdir, bilmirəm. Nə belə uşağım, nə qohumum var. Heç kimim yoxdur. Həqiqətən, kişi kimi deyirəm ki, nə bu xəbəri oxumuşam, nə də məlumatım var. Mənim 10 UH 700 nömrəli maşınım yoxdur”.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı