Bakıda taksilərdə gediş-gəlişin qiyməti artsa da, keyfiyyəti dəyişməz olaraq qalır. Ötən ayla müqayisədə qısa məsafə üçün iki-üç manat tələb olunurdusa, indi eyni məsafəyə görə ikiqat ödəniş tələb edilir.
Lakin problemlər bununla bitmir, bəzən sürtücülər kartla edilmiş sifarişləri ləğv edir, bəzənsə tətbiqdə yeni avtomolibilin gələcəyi göstərilsə də, göndərilən avtomobil köhnə model olur.
Ötən gün tanınmış aktyor Əlixan Rəcəbovun “Bolt” tətbiqi ilə sifariş etdiyi taksidə problem yaşaması müzakirələri yenidən alovlandırdı.
“İnsanlar taksi sifariş edir ki, ünvana təhlükəsiz və tez çatsınlar. Amma bəzi “Bolt” sürücüləri özlərini qeyri-adekvat aparırlar. Başqa profildən giriş edib başqa maşınla gəlirlər. Şikayət edəndə də sənə zəng edib “neprav” çıxarırlar və qeyrətdən dəm vururlar” -, deyən Ə.Rəcəbov sürücüləri sərt şəkildə tənqid etdi.
Bəs görəsən, taksilərlə bağlı problemlər niyə aradan qaldırılmır?
Məsələ ilə bağlı BUTA.TV-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, yeni qərar taksi sayını azaldıb. Problemlər də məhz bundan qaynaqlanır:
“Bu gün Azərbaycan nəqliyyat sistemində müəyyən yenidənqurmalar aparılır. Taksi sistemi də müəyyən müddət nəzarətsiz qalmışdı, kim necə gəldi işləyir, avtomobilləri istismar edirdi və bu sahədə boşluq yaranmışdı. Bu boşluq həm də qanuni boşluq idi, yeni əlavə və dəyişikliklər bu boşluqları tam aradan qaldırır. Digər tərəfdən isə bu boşluqların yaranma prinsipləri araşdırılır, tədricən bu məsələlər aradan qalxır.
Mən düşünürəm ki, bu sistem də aradan qalxacaq. Tətbiqdə fərqli avtomobilin göstərilib, gələn avtomobilin fərqli olması kimi problemlər də zamanla öz həllini tapacaq. Hələ ki, şirkətlərin əlində nəqliyyat vasitələri olmadığı üçün bəzən belə hallara rast gəlinir. Çünki taksilərin sayı 35 minə qədər enmişdi, bu isə kifayət qədər böyük rəqəmdir, bu rəqəmin belə olması özü-özlüyündə müəyyən narahatlıqlar yarada bilir”.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı