Son illər bəzi səhnələrinin gələcəyin real hadisələri ilə oxşarlığı ilə sosial şəbəkələrdə müəyyən reputasiya qazanan “The Simpsons” cizgi filmi Kamala Harrisin namizədlik anonsu ilə bir daha diqqəti özünə çəkib.
BUTA.TV “New York Post”a istinadla xəbər verir ki, 2000-ci ildə yayımlanan “Bart gələcəyə gedir” adlı seriyasında Liza Simpson ABŞ-ın ilk qadın prezidenti olub. Onun bənövşəyi paltarı, mirvari boyunbağı və sırğaları Kamala Harrisin 2020-ci ildə andiçmə mərasimində geyindiyi paltara çox bənzəyir.
Co Bayden seçki yarışından geri çəkildikdən sonra bir çox istifadəçi Liza Simpson və Kamala Harrisin şəklini bir araya gətirərək Simpsonsların proqnoza yenidən müvəffəq olduğunu söyləyib. Bu proqnozu daha da maraqlı edən odur ki, Liza Simpsonun dialoqda “Biz prezident Trampdan məhv edilmiş büdcəni miras aldıq” deməsidir. Həmin vaxt Trampın prezidentliyə ilk namizədliyi belə irəli sürülməmişdi.
Bu seriyanın ssenari müəllimlərindən biri olan El Ceyn X sosial şəbəkəsində Simpson və Harrisin şəklini yerləşdirərək yazıb: “Simpsonlar, mənim bir hissəsi olmaqdan qürur duyduğumu proqnozlaşdırır”.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı