Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü istisna etməyib.
BUTA.TV xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski Ukraynada bu cür danışıqları qadağan edən hazırkı fərmana baxmayaraq, Putinlə dialoqa getməyə razı olduğunu nümayiş etdirib.
“Rusiya ikinci sülh sammitinə dair plan haqqında danışmağa hazırdırsa, o zaman biz tərəfdaşlarımız və Rusiyanın nümayəndələri ilə danışmağa hazır olacağıq”, - deyə Zelenski bildirib.
Eyni zamanda o vurğulayıb ki, Putinin özünün və ya başqasının danışıqlar aparmasının fərqi yoxdur, əsas məsələ sülhə nail olmaqdır.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı