“Co Baydenin prezident seçkilərində yarışdan geri çəkilməsi çətin, lakin güclü qərardır”.
“BUTA.TV” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında Baydenin seçkidən geri çəkilməsinə münasibət bildirərkən deyib.
“Biz bu çətin, lakin güclü qərara hörmətlə yanaşırıq. Prezident Baydenə liderliyinə görə hər zaman minnətdar olacağıq”, - deyə Zelenski qeyd edib.
O, həmçinin ABŞ-nin növbəti rəhbərliyinin Ukraynaya Rusiya ilə münaqişədə dəstəyi davam etdirəcəyinə ümid etdiyini vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden iyulun 21-də seçki yarışını tərk etdiyini açıqlayıb. O, prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəklədiyini bəyan edib.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı