Urna-zibil qabı, onlar isə urnalistlərdir. Özünü jurnalistikaya aid bilən bir ovuc təhqir və təhdidçi neçə gündür ki, öz sosial hesabları da daxil olmaqla internet resurslarının müəyyən arealını bulaşdırmaqla məşğuldur.
Reketçilər kimi, “informasiya” dələduzları tək, həyasızlıqlarına salmaqla bu günə qədər mövcud olmağı bacaran və bundan sonra da əvvəlki qaydada davam edə biləcəklərini “düşünən” belələri Real TV-də efirə gedən arayışvari, xəbərdaredici bir reportajı ətrafında linç prosesinə start veriblər. Kimdir “onlar”? Hansı “medianı” təmsil edirlər? Niyə təhqir və nə ilə təhdid edirlər? Mən hələ ki cavab verməmişəm… Amma bu “ümumiyyətlə cavab verməyəcəyəm!” demək deyil! Yəqin, “marallarımız” elə “anlayırlar” ki, bizi qorxuda, çəkindirə, azacıq xoflandıra bilərlər: yanılırlar! Mənim cavabım mütləq olacaq! Çox sərt və çox amansız olacaq! Mənim, həmkarlarımın, bütünlükdə Real TV-nin üzərinə gələnləri heç vaxt qaragüruhla, xarici divarların üstündə oturub üzü Azərbaycana ulayan “vicdan ikiayaqlıları” ilə mübarizədə, bizimlə eyni barrlkadada görməmişəm. Səbəb indi üzə çıxır…
Üslub və söz ehtiyatlarından görünür ki, hamısı eyni anbardan qidalanırmışlar. Eyni “tərbiyəni” eyni “anadan” alıb, eyni “südü” eyni “sinədən” əmiblərmiş…
Media Bayramımız ərəfəsində ad çəkib könül bulandırmayacam, amma bu əziz günlərdən sonra artıq təkcə görünüş yox, yalnız mənəviyyat ayıbına çevrildiyinə görə deyil, həm də və daha çox jurnalistikamızın vücudunda zəhərə döndüyünə görə o çirk, irin topasını iynələməli, mediamızı, mətbuatımızı şəxsən təmizləməli olacağam. Gözləyin!
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı