Oyunu iki hissəyə bölərdim. Birinci yarıda yaxşı mübarizə apardıq. Təəssüflər olsun ki, qırmızı vərəqə aldıqdan sonra matçın taleyi dəyişdi. Lakin futbolçularım sonadək mübarizə apardılar. İki qolu da hava toplarından buraxdıq. Bunun üzərində işləməliyik.
BUTA.TV xəbər verir ki, bu sözləri “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində doğma meydanda “Şerif”ə penaltilər seriyasında (4:5) məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, hakimlərin idarəçiliyindən narazı qaldığını bildirib:
“Bu barədə çox danışmaq istəmirəm. Hər kəs hakimin qərarlarını gördü”.
Mütəxəssis qırmızı vərəqə alan Salifu Sumanın cəzalandırılacağını söyləyib:
“Həmin epizoda baxacağıq. Əgər lazımsız yerə qırmızı vərəqə görübsə, cəzasını alacaq”.
Qeyd edək ki, “Zirə” mübarizəsinə UEFA Avropa Konfrans Liqasında davam edəcək.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı