Bakının mərkəzində işbazlar tərəfindən qanunsuz olaraq quraşdırılan metal konstruksiyalar sökülüb.
Bu barədə BUTA.TV-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Xətai rayonu, Sarayevo küçəsi, 26 ünvanında dünən gecə saatlarında aparılan işlər Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşlarının operativ müdaxiləsindən sonra dərhal dayandırılıb.
Şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində sözügedən ünvanda yerləşən və sakinlərin səki sahəsi kimi istifadə etdiyi yaşıl zolaqda (təxmini 100 kv.m-lik sahədə) özbaşına yüngül metal konstruksiyanın quraşdırılması faktı aşkarlanıb: “Müvafiq icazəverici sənədlər olmadan aparılan işlər bu gün Baş İdarə tərəfindən dayandırılaraq, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Habelə lazımi tədbirlərin görülməsi və ərazinin nəzarətdə saxlanılması məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına rəsmi qaydada məktub ünvanlanıb və müvafiq göstərişlər verilib”.
Məlumata əsasən, söküntü işləri gün ərzində tam başa çatdırılaraq, ərazi yenidən sakinlərin istifadəsinə verilib.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı