Erməni hərbi qulluqçular ABŞ-la birgə təlimlər zamanı Hindistan istehsalı olan dəbilqəyə quraşdırılmış termal görüntülü monokulyar taxıblar.
BUTA.TV xəbər verir ki, bu barədə Hindistanın “Print” (The Print) nəşri yazıb.
Nəşr qeyd edib ki, bu nişangahlar Ermənistanın Azərbaycanla müharibədə məğlub olduqdan sonra silahlı qüvvələrini gücləndirmək üçün Hindistandan aldığı bir neçə növ müdafiə avadanlığı sırasına daxildir:
Məqalədə vurğulanıb ki, Ermənistan artilleriya sistemləri və “Pinaka” çoxlüləli raket buraxılış qurğularının alınmasından tutmuş atıcı silahlar, döyüş sursatı və partlayıcı maddələrə qədər, həm dövlət, həm də özəl sektorda Hindistanın müdafiə şirkətlərinin əsas müştərisinə çevrilib.
Nəşr Ermənistan-Hindistan hərbi əlaqələrindən bəhs edib, eyni zamanda İrəvanın Dehlinin ən böyük silah alıcılarından biri olduğunu vurğulayıb.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı