Bakıda fəaliyyət göstərən özəl klinikalarından biri - "Reo-Med" klinikasının girişinə kilid vurulub.
BUTA.TV nyus24.az-a istinadən xəbər verir ki, bir neçə gündür klinikanın fəaliyyətini dayandırdığı iddia edilir. Bu barədə yaxınlıqda yaşayan vətəndaşlar məlumat verib.
Qeyd edək ki, 29 yaşlı qadın iyunun 11-də əməliyyat üçün "Reo-Med" klinikasına müraciət edib və 2 iyul tarixində həyatını itirib. Gənc xanımın ölümündə isə "Reo-Med" klinikasının həkimi Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilib. Son günlər bu mövzu sosial şəbəkələrdə və KİV-də geniş müzakirələrə səbəb olub.
Bunu da bildirək ki, klinikanın binasına yazılan "Reo-Med" yazısı da üzərindən götürülüb.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı