Litva Seymi (parlamenti) Prezident Gitanas Nausedanın təklifi ilə İnqrida Şimoniteni respublikanın Baş naziri vəzifəsinə təsdiqləyib.
BUTA.TV TASS-a istinadən xəbər verir ki, plenar iclasda bunun lehinə 70 deputat səs verib, 28 nəfər əleyhinə olub, 23 deputat isə bitərəf qalıb.
Yeni hökumət təxminən üç ay fəaliyyət göstərəcək. Oktyabrda növbəti parlament seçkiləri keçiriləcək və bundan sonra yeni kabinet formalaşdırılacaq.
İ.Şimonitenin sözlərinə görə, qalan müddətdə təhsil, təhlükəsizlik və enerji sahələrində hökumət proqramı üzərində işləri başa çatdırmaq lazımdır.
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- Aeroport şosesində qorxunc qəzanın - Anbaan videosu
- Daşkəsəndə silsilə ağacəkmə aksiyaları keçirildi
- “Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü
- Səfərbərliyin Saatlı şöbəsində əməliyyat: saxlanılanlar var
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı