Erməni mətbuatında yayımlanan iddiaya görə, guya Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə vəd verib ki, o, Ermənistanda 2026-cı il parlament seçkilərindən sonra Konstitusiyanı dəyişdirəcək. Başqa sözlə, Ermənistanın baş naziri Azərbaycan Prezidentindən vaxt istəyib. Belə bir vədin olub-olmadığını söyləmək çətindir. Həmçinin Nikol Paşinyan heç imzaladığı 9/10 noyabr bəyanatını yerinə yetirmədi, qoşunlarını Qarabağdan çıxartmadı, bunu biz etdik, onun şifahi vədini yerinə yetirəcəyinə inanmaq olarmı?
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, yaxın iki ildə Ermənistanda o qədər hadisə baş verə bilər ki, bunu kimsə proqnozlaşdıra bilməz:
“Nikol Paşinyana qarşı sui-qəsd həyata keçirsələr, onun yerinə keçən Bakıya verdiyi vədi yerinə yetirəcəkmi?
Paşinyan istəyir ki, əvvəlcə sülh sazişi imzalansın, digər konseptual məsələlər sonraya qalsın. Rəsmi Bakı da anlayır ki, sərhədlərin müəyyənləşməsi vaxt aparacaq və bu sülh sazişinin imzalanmasına mane olmamalıdır. Ancaq Ermənistan Konstitusiyasında qonşusunun ərazisinə iddiaları əks etdirən bəndlərin çıxarılması qeyri-müəyyən illərə saxlanılmamalıdır. Bunun həllinin başqa yolu il ərzində imzalanması ehtimal olunan çərçivə sazişində Ermənistanın yaxın iki il ərzində Konstitusiya dəyişikliyinə gedəcəyi barədə üzərinə konkret bəndlə öhdəlik götürməsidir. Anlamalıdırlar ki, Ermənistanda baş nazir kim olursa-olsun, bu öhdəliyin yerinə yetirilməməsi onlara baha başa gələcək”.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı