Qazaxıstanın ucuz qiymətlər təklif edən “FlyArystan” aviaşirkəti (loukosteri) yay fəsli üçün yeni uçuş cədvəlini elan edib.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, indi Aktaudan Bakıya həftədə üç dəfə reyslər təşkil olunur.
Aviaşirkət iyulun 16-dan avqustun 30-dək çərşənbə və bazar günləri olmaqla Aktaudan Bakıya reyslər həyata keçirəcək. Bir müddət əvvəl şirkət, həmçinin Astana şəhərindən Bakıya iyun ayından etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçirilən uçuşları bərpa edib.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı