Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova jest edib.
BUTA.TV Sportinfo.az-a istinadən xəbər verir ki, o, Ağdam klubunun çalışdırıcısına "77-QQ-777" seriyalı dövlət nömrə nişanı bağışlayıb. Bu da təsadüfi deyil. Generalın futbola böyük həvəsi var. "Qarabağ"ı xüsusən diqqət mərkəzində saxlayır.
Öncəki illərdə "Turan Tovuz"a maddi dəstək vermiş R.Zeynalov ara-sıra stadiona da baş çəkir, "köhlən atlar"ın avrokuboklarda keçirdiyi ev oyunlarını izləyir.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı