Azərbaycanda seçki prosesində iştirak etmək hər bir ölkə vətəndaşının hüququdur. Adları çəkilən şəxslər də bu hüquqlarından istifadə edirlər. Amma onları müzakirə obyektinə çevirmək anormal adamların beyinlərinin məhsuludur.
Bu sözləri BUTA.TV-a açılamasında AĞ Partiya başqanı Tural Abbaslının sözçüsü Cavanşir Abbaslı bir ailədən üç nəfərin - Tural Abbaslı, həyat yoldaşı və qayınatasının namizəd olması ilə bağlı gedən müzakirələrə münasibət bildirərkən deyib.
“Tural bəyin qayınatası İkram bəyin özü partiya funksioneridir və üstəlik, başqa partiyadandır. Vaxtı ilə Milli Məclisdə təmsil də olunub. Həyat yoldaşı isə AĞ Partiyada təmsil olunur. Bəyin özü də məlumdur. İndi bu məsələni bu qədər müzakirəyə çevirmək nəyə gərəkdir? Bir ailə hesab oluna bilər, amma bunun özü adi bir prosesdir, müzakirə eləmək də gülüncdür. Bütün bunların hamısı Tural Abbaslının şəxsi nüfuzunun yüksək olmasından irəli gəlir”, - C.Abbaslı bildirib.
Qeyd edək ki, AĞ Partiya sədri Tural Abbaslı 21 saylı Nəsimi seçki dairəsindən, xanımı Nərmin Abbaslı 43 saylı Sumqayıt seçki dairəsindən, qayınatası İkram İsrafil isə 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyini irəli sürüb.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı