Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində Vaşinqtonda ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Ərdoğan görüş zamanı bildirib ki, Ankara taxıl sazişinin bərpası üzrə işə başlayıb və Ukrayna münaqişəsinin həlli üçün vasitəçilik də daxil olmaqla istənilən təşəbbüslərə hazırdır.
"Görüşdə prezident Ərdoğan bəyan edib ki, Türkiyə ədalətli sülhün bağlanması və Qara Dəniz Taxıl Təşəbbüsünün bərpası üçün işə başlamaqla Ukrayna-Rusiya müharibəsinə son qoymaq səylərini davam etdirir”, - deyə bildirilib.
- Gəncə və Göygöldə qanunsuz tikililər söküldü - Video
- Sumqayıtda "Mersedes" aşdı: ölən var - Foto
- Əhalinin ərzaq xərcləri 55%-ə çatdı – Bahalaşmanın səbəbi...
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb