İki gün əvvəl Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanla İranın yeni Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığında hansı dildən istifadə edildiyi barədə məlumat yayılıb.
BUTA.TV xəbər verir ki, bu barədə şərhçi və jurnalist Azər Məhdəvan özünün X hesabında yazıb.
O, Məsud Pezeşkianın təklifi ilə prezidentlərin tərcüməçi vasitəsilə danışdıqlarını bildirib.
“Ərdoğan telefon danışığı zamanı Pezeşkiandan soruşub ki, bundan sonra farsca, yoxsa türkcə danışaq? Pezeşkian isə cavabında bildirib ki, Azərbaycan türkcəsi anlayışları qarşılıqlı başa düşməkdə çətinlik yarada bilər, farsca danışmaq daha yaxşıdır. Onlar tərcüməçi vasitəsilə fars dilində danışıblar”, - Məhdəvan yazıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Məsud Pezeşkianın 3 gün əvvəl telefon əlaqəsi zamanı hansı dildə danışdıqları barədə sosial media suallar səsləndirilsə də, heç bir tərəfdən buna cavab verilməyib.
- Gəncə və Göygöldə qanunsuz tikililər söküldü - Video
- Sumqayıtda "Mersedes" aşdı: ölən var - Foto
- Əhalinin ərzaq xərcləri 55%-ə çatdı – Bahalaşmanın səbəbi...
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb