Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Binəqədi Çörək MMC-yə məxsus çörək istehsalı sahəsində yoxlama aparılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirləri işlənib hazırlanmadığı, bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmaması və quraşdırılmış yanğınxəbərverici siqnalizasiya qurğusu isə işlək vəziyyətdə olmaması məlum olub.
Həmçinin məlum olub ki, obyektdə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt yanğın su hovuzu ilə təmin edilməyib.
"Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Binəqədi Çörək MMC-yə məxsus çörək istehsalı sahəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - məlumatda qeyd edilib.
- Gəncə və Göygöldə qanunsuz tikililər söküldü - Video
- Sumqayıtda "Mersedes" aşdı: ölən var - Foto
- Əhalinin ərzaq xərcləri 55%-ə çatdı – Bahalaşmanın səbəbi...
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb