Polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər nəticəsində 2024-cü ilin 6 ayı ərzində 1029 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib.
DİN-dən BUTA.TV-a verilən məlumata görə, könüllü təhvil verilən odlu silahlardan 40 avtomat, 14 tapança, 975 ov tüfəngi olub.
Qurum növbəti dəfə vətəndaşlara müraciət ünvanlayaraq, qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verililməsini istəyib:
“Qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevirilə, faciəyə səbəb ola bilər”.
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı
- Toy karvanında avtoşluq edənlər həbs olundu - Video