Putin uşaq xəstəxanasını partlatmaqla NATO zirvəsinə "salam" deyir.
BUTA.TV xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis iyulun 8-də Ukrayna şəhərlərinin kütləvi atəşə tutulmasını şərh edərkən deyib.
O vurğulayıb ki, indi Ukraynanı ən yaxşı Qərb silahları ilə təmin etmək və Rusiyadakı hərbi obyektlərə zərbələr endirmək qadağasını “lazım olduğu qədər” ləğv etməklə Putinə səhv etdiyini göstərmək lazımdır.
"Putin artıq cavabımızı yoxlamağa ehtiyac duymur. O, cavabımızın zəif olacağını gözləyir", - nazir bildirib.
Qeyd edək ki, ötən gün Rusiya müxtəlif tipli 40-dan çox raketlə Ukraynaya hücum edib. Hücumlar nəticəsində 28 nəfər həlak olub. Daha 112 nəfər yaralanıb.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı