Karib dənizində yaranmış “Beril” qasırğası yerli vaxtla bazar ertəsi səhər saatlarında ABŞ sahillərinə yaxınlaşıb.
BUTA.TV xəbər verir ki, Texas ştatının Mataqorda ərazisində küləyin sürəti saatda 138 kilometr olub. Qasırğa nəticəsində bölgədə leysan yağışı, tufan və şiddətli külək hökm sürüb. Qasırğa zamanı ağacın aşması nəticəsində bir nəfər həyatını itirib. Bölgədə iki milyondan çox insan elektrik enerjisiz qalıb.
Milli Qasırğa Mərkəzinin yaydığı məlumata görə, sahil boyu dağıdıcı zərər vuran qasırğa ştatın içərisinə doğru irəliləyir.
- İçməli və tullantı su təchizatına qoşulma: Tələb olunan sənədlər
- Kür çayı bəndi yardı: ADSEA-dan reaksiya...
- Kür çayı bu rayonda bəndi uçurdu
- Rusiya onları Azərbaycana təhvil verdi
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu