ABŞ Prezidenti Co Bayden seçki yarışından geri çəkilmək niyyətində olmadığını və respublikaçı Donald Trampı məğlub edəcəyinə əmin olduğunu bildirib.
BUTA.TV xəbər verir ki, bunu Bayden Konqresdəki demokratlar fraksiyaların rəhbərliyinə ünvanlandığı məktubunda ifadə edib. Məktubun mətni onun X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
Ağ evin hazırkı sahibi vurğulayıb ki, mətbuatdakı fərziyyələrə baxmayaraq, o, seçki yarışını sona çatdırmaqda və Donald Trampı məğlub etməkdə qərarlıdır.
Bayden deyir ki, Trampla debatdan sonra səslənən narahatlıqlara da “göz yummur”.
“Bütün bunlara yüksək səslə və aydın cavab verə bilərəm: 2024-cü ildə Donald Trampı məğlub etmək üçün hamıdan daha yaxşı mövqedə olduğuma tam inanmasaydım, yenidən seçilmək istəməzdim”, - məktubda qeyd olunub.
- İçməli və tullantı su təchizatına qoşulma: Tələb olunan sənədlər
- Kür çayı bəndi yardı: ADSEA-dan reaksiya...
- Kür çayı bu rayonda bəndi uçurdu
- Rusiya onları Azərbaycana təhvil verdi
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu