Məsud Pezeşkian İran İslam Respublikası tarixinin ən savadlı prezidenti olmaqla yanaşı, həm də ən atletik siyasətçi kimi tanınır.
BUTA.TV xəbər verir ki, bu barədə İranın idman kanalı məlumat yayıb.
“Onun ərafındakılar idmanın, xüsusilə futzalın bu siyasətçinin gündəlik həyat planının bir hissəsi olduğunu deyirlər. Pezeşkian millət vəkili olduğu dövrdə də, yeni prezident seçildikdən sonra da idmana ara vermir, dostları və həmkarları ilə futzal oynayır. Çoxları onu meydanda bu idman növünün taktiki prinsiplərini düzgün həyata keçirən peşəkar futzalçı hesab edir”,- idman kanalının məlumatında bildirilib.
Qeyd edək ki, Məsud Pezeşkianın parlamentin iclasları başlamadan əvvəl parlament zalında idman etməsi dəfələrlə İran mediasının gündəminə düşmüşdü.
- Hər gün tıxac olurdu: tamamilə aradan qaldırıldı - Video
- Bakıda 1 kq alça, görün, neçəyə satılır - Şok qiymət
- İçməli və tullantı su təchizatına qoşulma: Tələb olunan sənədlər
- Kür çayı bəndi yardı: ADSEA-dan reaksiya...
- Kür çayı bu rayonda bəndi uçurdu
- Rusiya onları Azərbaycana təhvil verdi
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...