Sabah Neftçala rayonunun qaz təchizatı dayandırılacaq.
Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Payız-Qış" mövsümünə hazırlıq işləri çərçivəsində tədbirlər planına uyğun olaraq 43 və 45 nömrəli qaz tənzimləmə şəbəkələrinin (QTŞ) yenisi ilə əvəzlənməsi məqsədilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Neftçala rayonu Bankə qəsəbəsində (ümumi 400 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Qurum təbii qaz verilişinin dayandırıldığı müddət ərzində, abonentlərin qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirinə riayət etməyi xahiş edir.
- İçməli və tullantı su təchizatına qoşulma: Tələb olunan sənədlər
- Kür çayı bəndi yardı: ADSEA-dan reaksiya...
- Kür çayı bu rayonda bəndi uçurdu
- Rusiya onları Azərbaycana təhvil verdi
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu