Paşinyan Ermənistanda Bakının paketləyicisi kimi işləyir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Qrant-Məlik Şahnazaryan deyib.
“O çalışır ki, Bakının tələbləri erməni ictimaiyyətində daha az müqavimətlə üzləşsin. Məsələn, Əliyev konstitusiya dəyişiklikləri məsələsini qaldıranda Paşinyan dərhal təsdiqləməyə başlayır ki, onlar bunu hələ 6 il öncədən planlaşdırırdılar”, - deyə o bildirib.
Onun sözlərinə görə, Əliyevin Paşinyanı konstitusiya dəyişikliyinin təmini üçün dəstəkləməyə hazır olduğuna və növbəti 6 ayda ona Kərkinin geri qaytarılması məsələsini qaldırmaqla problem yaratmayacağına dair informasiya var:
“Yeni konstitusiyadan sonra Bakı Kərki və Zəngəzurdan dəhliz məsələsini qaldıracaq və sülh müqaviləsinin imzalanması üçün tələb edəcəklər”.
- İçməli və tullantı su təchizatına qoşulma: Tələb olunan sənədlər
- Kür çayı bəndi yardı: ADSEA-dan reaksiya...
- Kür çayı bu rayonda bəndi uçurdu
- Rusiya onları Azərbaycana təhvil verdi
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu