Mən Qərbi Azərbaycandan 100 il əvvəl qovulmuş bir nəslin övladıyam.
BUTA.TV xəbər verir ki, bu sözləri türkiyəli siyasətçi, sabiq millət vəkili Sinan Oğan “Qərbi Azərbaycana qayıdış tarixi, mədəni və hüquqi əsasları” adlı beynəlxalq konfransda deyib.
“Vətən müharibəsində canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. 100 il əvvəl dünyadakı ən cox məscidin olduğu şəhər İrəvan idi. Dünyada ən çox məscid nə Səudiyyə Ərəbistan, nə də başqa dövlətdə idi. Bu gün Ermənistan adlanan torpaqlarda idi.
Ancaq təəssüf ki, ata-babalarımıza qarşı qətliam törədilib, onlar işgəncələrə məruz qalıblar. Əvvəlcə Çar Rusiyasının, daha sonra ingilis, fransız və Sovetlər Birliyinin dəstəyi ilə oradan deportasiya ediliblər”, - o vurğulayıb.
Sinan Oğan onu da qeyd edib ki, ermənilər tərəfindən işğal edilmiş torpaqlar Azərbaycan Ordusunun və Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasəti və qəhərmanlığı sayəsində yenidən Ana vətən Azərbaycana geri qaytarılıb.
- Hər gün tıxac olurdu: tamamilə aradan qaldırıldı - Video
- Bakıda 1 kq alça, görün, neçəyə satılır - Şok qiymət
- İçməli və tullantı su təchizatına qoşulma: Tələb olunan sənədlər
- Kür çayı bəndi yardı: ADSEA-dan reaksiya...
- Kür çayı bu rayonda bəndi uçurdu
- Rusiya onları Azərbaycana təhvil verdi
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...