Azərbaycanın sərbəst güləş üzrə millisi Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında birinci olub.
Azərbaycan Güləş Federasiyasından BUTA.TV-a verilən məlumata görə, yığmanın 6 üzvü fəxri kürsüyə qalxıb. Bir qızıl, dörd gümüş və bir bürünc medal qazanan millimiz 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub. Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub.
Xatırladaq ki, millinin heyətində Xetaq Karsanov (97 kiloqram ) qızıl, Vasif Bağırov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Sadiq Mustafazadə (86 kiloqram) və Anar Cəfərli (92 kiloqram) gümüş, Yusif Dursunov (125 kiloqram) isə bürünc medal qazanıb.
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi
- Bakıda əməliyyat: Polisə balta ilə hücum etdi...
- Hər gün tıxac olurdu: tamamilə aradan qaldırıldı - Video