HƏMAS hərəkatı Qəzza zolağının əmək nazirinin müavini İhab əl-Hüseynin ölümünü təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə müvafiq bəyanat hərəkatın Teleqram kanalında dərc olunub.
“HƏMAS Fələstin hökumətinin əmək nazirinin müavini İhab əl-Hüseynin ölüm xəbərini təəssüflə təsdiqləyir”, – bəyanatda deyilir.
HƏMAS Əl-Hüseynin İsrailin Qəzza şəhərini atəşə tutması zamanı öldürüldüyünü təsdiqləyib və əlavə edib ki, onun həyat yoldaşı və bir neçə qızı daha əvvəl anklavda ölüb.
O, 2020-ci ildən sözügedən vəzifəni tuturdu.
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi
- Bakıda əməliyyat: Polisə balta ilə hücum etdi...
- Hər gün tıxac olurdu: tamamilə aradan qaldırıldı - Video