Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq baş məşqçisi Fateh Terim Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderlanda uduzan Türkiyə millisi ilə bağlı danışıb.
BUTA.TV-ın Musavat.com-a istinadən xəbərinə görə, Terim bildirib ki, bu, turnirdə qalib gəlmək üçün ən asan qarşılaşma idi.
"Təəssüf ki, ikinci hissənin əvvəlində çox geri çəkildik və arxayınlaşdıq. Pas verməyi unutduq. Belə olan halda Hollandiyanın təzyiqindən qurtula bilməzsiniz. Təəssüf ki, ağır ötürmələrlə oynayan Hollandiya qarşısında düzgün taktika sərgiləmədik. Bu, turnirdə qalib gəlmək şansı baxımından ən asan matç idi", - deyə keçmiş baş məşqçi qeyd edib.
Onun sözlərinə görə, sadəcə müdafiə mövqeyi ilə qalib gəlmək mümkün deyil:
"Qalib gəlsən belə, uğur qazana bilməzsən. Halbuki komandamızın çox vacib ofansif (hücum) gücü var... Türkiyə təkcə yarımfinalı yox, finalı da əldən verdi. Mərhələni keçsəydik, İngiltərənin bizə qarşı çox şansı olacağını düşünmürəm".
Qeyd edək ki, 1/4 finalda Türkiyə yığması Niderlanda 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi
- Bakıda əməliyyat: Polisə balta ilə hücum etdi...
- Hər gün tıxac olurdu: tamamilə aradan qaldırıldı - Video