UEFA-nın Türkiyə millisinin futbolçusu Merih Dəmiralı diskvalifikasiya etmək qərarını bütün türk xalqı üçün cəza hesab edirəm.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
"Qərbin bizə mentalitet baxımından yanaşması dəyişməyib, hissləri hələ də eynidir. Merih Dəmirala verdikləri cəza əvvəldən razılaşdırılıb. Əslində bu, bir millət olaraq Türkiyə üçün bir cəzadır. Bunun üçün ən yaxşı mükafat Niderlandla matçda qələbə olardı. Təəssüf ki, bu baş vermədi. Amma qarşıda 2026-cı il Dünya çempionatı və 2028-ci il Avropa çempionatı var. Onlara ən yaxşı şəkildə hazırlaşaraq, intiqam almaq şansımız olacağına ümid edirik”, - Ərdoğan bildirib.
Türkiyə prezidentinin sözlərinə görə, futbolçuya qarşı sanksiyalara səbəb türk millətçilərinin oyundan sonra göstərdiyi “boz qurd” jesti olub:
“Məsələ "boz qurd" jestinə görə cəzalandırmaqdırsa, məsələn, almanların qartalı var. Siz buna görə cəzalandırırsınız? Yox. Fransızların xoruzu var. Onları cəzalandırırsınız? Xeyr”.
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi