“Quacquarelli Symonds” (QS) dünya universitetlərinin yeni reytinqini açıqlayıb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, hazırlanan yeni reytinq cədvəlində 1500 universitet yer alıb. Cənubi Qafqaz regionundan reytinq cədvəlinə ümumilikdə 6 universitetin adı düşüb ki, bunlardan da 3-ü Azərbaycan universitetidir.
Yeni reytinq cədvəlinə görə, Qafqazda ən yaxşı universitet Tiflis Dövlət Universiteti olub. Ondan sonrakı yerlərdə Gürcüstan Texniki Universiteti və İrəvan Dövlət Universiteti qərarlaşıb. Azərbaycan universitetləri arasında ən yaxşı nəticə Bakı Dövlət Universitetinə (951) məxsusdur. Ondan sonrakı yerlərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1001-1200) və Azərbaycan Dövlət İqtisad Universiteti (1001-1200) qərarlaşıb.
Yeni reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri kimi Massaçusest Texnologiyalar İnstitutu, London İmperial Kolleci, Oksford Universiteti, Harvard Universiteti və digərləri yer alıb.
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi