İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasiminin keçiriləcəyi vaxt bəlli olub.
BUTA.TV xəbər verir ki, İran parlamentinin Rəyasət Heyəti və Prezident Seçkiləri Təşkilat Komitəsinin nümayəndəsi Əlirza Səlimi Pezeşkianın andiçmə mərasiminin 21 iyulda İran parlamentinin iclasında baş tutacağını bildirib.
İran qanunvericiliyinə görə, andiçmə mərasimindən iki həftə sonra prezident Pezeşkian hökumətinin tərkibini Məclisə təqdim etməlidir.
Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycan türkü, islahatçı Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək, prezident seçilib.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi