İyulun 6-da saat 18:30 radələrində Biləsuvar rayonu ərazisində 1989-cu il təvəllüdlü Elçin Əmənovun idarə etdiyi "Mersedes" markalı avtomobildə ov silahından açılan atəş nəticəsində sağ əlindən xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BUTA.TV-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü, qohumu Emin Kərimli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi