Fərqli rəqiblərə qarşı öz yerimizi tutmağa çalışırıq. Bəzi dəyişikliklərimiz var. Türkiyə ilə çətin oyun olacaq.
BUTA.TV xəbər verir ki, bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Türkiyə ilə keçiriləcək oyun barədə danışarkən deyib.
O, Türkiyə ilə matçda topa sahib olmağın vacibliyini vurğulayıb:
"Bir çox oyunçumuz və mənim bu mövzuda təcrübəmiz var. Türk komandalarına qarşı oynamışıq və bu matçlar həmişə gözəl atmosferdə keçib. Bizə lazım olan topa sahiblənməkdir, topa hakim olmaq və bununla da azarkeşlərin səsini ucaltmaqdır. Bu, Türkiyə ilə oyunda olacaq, amma təbii ki, sakit və diqqətli olmalıyıq. Hamımız bilirik ki, rəqib açıq futbola üstünlük verir və biz düzgün seçim edərək bundan faydalana bilərik”.
Qeyd edək ki, bu gü keçiriləcək Niderland - Türkiyə matçı saat 23:00-da başlayacaq.
- Səfərbərliyin Saatlı şöbəsində əməliyyat: saxlanılanlar var
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!