Demokratlar Partiyasından olan senator Cin Şeyhin konqresmenləri Ukraynaya 61 milyard dollar məbləğində əlavə maliyyə ayrılmasına səs verməyə çağırıb.
BUTA.TV xəbər verir ki, Senatda çıxışı zamanı Şeyhin Nyu Hempşirdəki ukraynalı qaçqınlarla görüşünü xatırladıb.
“Onlar mənə müharibənin dəhşətlərindən, xüsusilə Mariupolun ruslar tərəfindən mühasirəsindən danışdılar. Əgər siz Kiyevə vaxtında yardım göstərməsəniz, o zaman ABŞ sonradan Rusiya Federasiyasına və dünyanın digər diktator rejimlərinə qarşı mübarizə aparmalı olacaq”, - o bildirib.
Senatorun sözlərinə görə, Vladimir Putin təkcə Ukraynaya qarşı müharibə aparmır, həm də dünyada demokratiyanın təməlini hədəfə alır:
“Kartdan karta” ödənişlərdə vergi tutulacaq? - “Sübut et ki, bu sahibkarlıq fəaliyyəti ilə bağlıdır”
“Dörd nəvəm var və istəmirəm ki, onlar iki, üç və ya beş ildən sonra Avropada və ya Asiyada döyüşməyə məcbur olsunlar, çünki Ukraynanı dəstəkləmək üçün lazım olan tədbirləri görməmişik. Əmin ola bilərsiniz ki, ABŞ-a təkcə Putin deyil, həm də Si Szinpin, Şimali Koreya və İran - demokratik dünyanı sarsıtmaq istəyənlərin hamısı baxır, ona görə də indi bizim hərəkətlərimiz çox vacibdir. Biz maliyyələşdirmə sorğusunu dəstəkləməli və onu başa çatdırmalıyıq”.
- Bu ərazilərdə qaz olmayacaq
- "EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu
- Qələbənin 81-ci ildönümüdür
- Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir - VİDEO
- İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı
- Sumqayıtda bu yollar bağlı olacaq - Siyahı
- Qalmaqallı veriliş "Birinci kanal"ının saytından silindi
- Bakıda iki küçə təmirə bağlanır