Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postlarının yaradılması ilə bağlı layihə hazırlanıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov “Malların və xidmətlərin ticarəti zamanı qeyri-tarif maneələri” adlı tədbir deyib.
O qeyd edib ki, tranzit potensialının artırılması ilə bağlı layihələr həyata keçirilir:
“Ümumiyyətlə, həm ixracın, həm idxalın sadələşdirilməsi istiqamətində işlər aparılır”.
Xatırladaq ki, bugünki tədbirdə AB-nin təşəbbüsü olan “EU4Business" və BMT-nin icra etdiyi "Şərq Tərəfdaşlığının Ticarətə Yardım Masası" layihəsi çərçivəsində Azərbaycanda ticarət zamanı qeyri-tarif maneələrinin müəyyən edilməsi məqsədilə biznes dairələri arasında keçirilmiş sorğunun nəticələri iştirakçılara təqdim olunub, müəyyən olunan maneələrin aradan qaldırılması üçün "dəyirmi masa" formatında interaktiv müzakirələr aparılıb.
- Gecə restorandan çıxarkən ov tüfəngi ilə vuruldu
- Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - Foto
- Bu ərazilərdə qaz olmayacaq
- "EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu
- Qələbənin 81-ci ildönümüdür
- Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir - VİDEO
- İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı
- Sumqayıtda bu yollar bağlı olacaq - Siyahı